XƏBƏR LENTİ

21 Sentyabr 2019
20 Sentyabr 2019

Digər Xəbərlər

16 Avqust 2019 - 19:53

Azərbaycanın ÜDM-i artıb –2,5%

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ümumi daxili məhsul istehsalının həcmi 44 471,1 milyon manat (26.1 milyard dollar) təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Qeyri-neft və qaz sektorunda ÜDM istehsalı 3%, neft-qaz sektorunda 1,9% artıb. Bu il tikinti sektorunda əlavə dəyər istehsalı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,1% azalıb. İqtisadiyyatın qalan sektorlarında ÜDM istehsalı artıb.
Bu ilin yeddi ayı ərzində əhalinin bir nəfərinə düşən ÜDM təxminən 4500 manat (2646 dollar) təşkil edib.