XƏBƏR LENTİ

08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

17 Avqust 2019 - 15:03

“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

“Fitch” Beynəlxalq Reytinq Agentliyi Gürcüstanın iqtisadi artım proqnozuna dəyişiklik edib.

“Report”un yerli bürosu xəbər verir ki, yenilənmiş proqnoza əsasən, Gürcüstanın builki iqtisadi artımı 4,3%-ə qədər azaldılıb.

“Fitch” bu il qonşu ölkədə 4,6% iqtisadi artımın olacağını proqnoz edib.

Agentliyin məlumatında qeyd olunub ki, iqtisadi artımın azaldılmasını kredit qoyuluşunun artım tempinin ləngiməsi və Rusiyanın Gürcüstana aviauçuşlara qadağası şərtləndirib: “Rusiya Gürcüstana turist axınının ən böyük mənbələrindən biridir. Rusiyanın uçuşlara qadağa qoyması Gürcüstanın turizm sektorunun genişlənməsinə mane olur”.

“Fitch” Gürcüstanın suveren kredit reytinqini “BB” səviyyəsində saxlayıb.