XƏBƏR LENTİ

13 Dekabr 2019

Digər Xəbərlər

22 Avqust 2019 - 23:46

Azərbaycan neftinin qiyməti qalxıb –1,44 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 21-də 64,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,44 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,4 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 60,64 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel çoxdur.