XƏBƏR LENTİ

08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 16:29

Xarici borc 6 ayda 7 milyon dollar azalıb –Maliyyə Nazirliyi

Azərbaycanın xarici dövlət borcu bu ilin 6 ayında cüzi azalıb.

Maliyyə Nazirliyinin məlumatına görə, bu il iyulun 1-də bu rəqəm 8 milyard 920.0 milyon ABŞ dolları (15 milyard 164.1 milyon manat) olub.

Nazirliyin açıqlamasında qeyd edilir ki, bunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faiz təşkil edib.

Bu il yanvarın 1-də Azərbaycan xarici dövlət borcu 8 milyard 927.1 milyon ABŞ dolları olmuşdu.

Son bir ildə də xarici borcda azalma var. Maliyyə Nazirliyinin açıqladığı statistikaya görə, bir il əvvəlin eyni dövründə xarici dövlət borcu indikindən təqribən 700 milyon dollar çox, 9 milyard 600.2 milyon ABŞ dolları olub. Amma iki il əvvəlin eyni dövrü ilə müqayisədə xarici dövlət borcu 2 milyard dollara yaxın artıb. Onda Azərbaycan dövləti Azərbaycan Beynəlxalq Bankının borcunun bir hissəsini üzərinə götürmüşdü.

«Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir», – Maliyə Nazirliyi qeyd edir.