XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 14:37

Özbəkistan XİN başçısı:"Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən istifadə etməkdə maraqlıyıq"

“Özbəkistan dünya bazarlarına çıxmaq üçün Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə etməkdə maraqlıdır”.

Bunu gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşdə Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov deyib.

“Özbəkistan dünya bazarlarına çıxmaq üçün nəqliyyat-rabitə və tranzit infrastrukturundan, Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən istifadə etməkdə, Gürcüstanla əməkdaşlıqda maraqlıdır. Poti, Batumi və  Anakliada liman infrastrukturu ilə də maraqlanırıq. Özbəkistanın dünya bazarlarına çıxmaq imkanları ilə maraqlanırıq və bu baxımdan coğrafiyanız unikaldır “,– deyə Özbəkistan XİN başçısı bildirib.

Qeyd edək ki, David Zalkaliani Gürcüstan və Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Özbəkistanda səfərdədir. D.Zalkalianinin Özbəkistana səfəri hər iki ölkənin müstəqillik qazanmasından sonra XİN başçısının ilk səfəridir/APA.