XƏBƏR LENTİ

08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 20:30

Tramp FED-i tənqid etdi:"ABŞ-ın ixracatına ziyan vururlar"

ABŞ prezidenti Donald Tramp faiz dərəcələrini azaltmadığına görə Federal Ehtiyat Sistemini (FRS) növbəti dəfə tənqid edib.

Bu barədə ABŞ lideri “Twitter” səhifəsində yazıb.

O, bu gün baza faiz dərəcəsini sabit saxlayaraq depozit dərəcəsini aşağı salan Avropa Mərkəzi Bankını nümunə göstərib: “Avropa Mərkəzi Bankı cəld tərpənərək dərəcələri 10 faiz bəndi aşağı salıb. Onlar avronu bizim ifrat güclənmiş dollarımız qarşısında ucuzlaşdırmağa çalışır və buna da nail olur. Nəticədə ABŞ-ın ixracatına ziyan vurulur… FRS isə sakitcə yerində oturub. Onlara borc pul vermələri üçün maaş verilir, biz isə faiz ödəyirik!”.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı bu gün baza faiz dərəcəsini sıfır səviyyəsində saxlayaraq depozit dərəcəsini –0,4 faizdən –0,5 faizədək azaldıb. Kredit dərəcəsinin yuxarı həddi 0,25 faiz səviyyəsində saxlanılıb.

Xatırladaq ki, ötən gün prezident D.Tramp FRS-in baza faiz dərəcəsini sıfırda saxlamağa, yaxud da mənfi səviyyəyədək azaltmağa çağırmışdı/Report.