XƏBƏR LENTİ

17 Oktyabr 2019
16 Oktyabr 2019

Digər Xəbərlər

16 Sentyabr 2019 - 14:12

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı artıb –31%

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 25 172,9 min ton həcmində xam neft hasil edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, bu həcmin 25 119,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin səkkiz ayında neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 2,4%, əmtəəlik xam neftin həcmi isə 2,5% az olub.

Hesabat dövründə ölkədə 23 074,1 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 18,1% çoxdur.

Hasil edilən təbii qazın 15 864,9 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin səkkiz ayında əmtəəlik təbii qazın həcmində 30,9% artım qeydə alınıb.