Gündəm

  • " width="300" height="266" />
    Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi:"Bu il 228 nəfərdən ibarət 99 qrup zərərsizləşdirilib, 223  bağlı cinayət açılıb..."
  • " width="300" height="266" />
    İraq Ali Məhkəməsi Bərzaninin müavini haqda həbs qərarı çıxardı –O, görüldüyü yerdə tutulacaq
  • " width="300" height="266" />
    MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları 25 sənəd imzaladı –Bakıda
  • " width="300" height="266" />
    “Gözləmədiyi bir vaxtda ABŞ-a ağlasığmaz zərbə endirəcəyik” –Rəsmi Pxenyandan açıq təhdid
  • " width="300" height="266" />
    Prezidentin köməkçisindən etiraz:"Azərbaycan komandasını bir neçə dəfə açıq-aydın cəzalandırdılar" 
  • " width="300" height="266" />
    Rus şirkəti kürdlərlə yeni saziş imzaladı –Bərzani hökumətinə 400 milyon dollar ödəniləcək
  • " width="300" height="266" />
    Heydər əl İbadidən “Haşdi Şabi”yə sərt mesaj:"Bütün etnik və dini qruparın ev və digər mülkləri qorunacaq"
  • " width="300" height="266" />
    “İndependent” qəzeti Kərkük əməliyyatı haqda:"Bu, kürdlərin tarixində ən böyük fəlakəti idi"
  • " width="300" height="266" />
    Bərzani məğlubiyyətin səbəbini açıqladı:"Qazandıqlarımızı qoruyacağıq"
  • " width="300" height="266" />
    “Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarıldı –Sərəncam

Müsahibə

  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  
  • " width="300" height="266" />
    Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov:"İctimaiyyətə "Lavrov planı"nın mahiyyəti tam açıqlanmalıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    KOREYA LİDERİ: “MƏN TERRORA İNANIRAM, İNTİHARA YOX” –"Washington Post"da xəyali müsahibə
  • " width="300" height="266" />
    Rusiya eksperti Qırğızıstanda hərbi bazanın nəyə gərək olduğunu açıqladı:"Fərqanə vadisi Orta Asiyanın barıt çəlləyidir” – Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sərdar Cəlaloğludan skandal yaradacaq sözlər:"Cəfər Cabbarlının “Od gəlini” pyesi qadağan olunmalıdır"-VİİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

07 İyun 2017 - 17:55

“Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Strateq.az “Report”a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə sabiq MTN nazirinin müavini general-leytenant Hilal Əsədov ifadə verib.

O, 8-ci km bazarı epizodu üzrə dindirilib. H.Əsədov istintaqa verdiyi ifadəsini təsdiq edib. Hazırda proses davam etdirilir.

İttiham aktına əsasən, H.Əsədov istintaqa verdiyi ifadəsində 2004-cü ildə MTN-də işə başladığını, bundan təqribən 3 ay sonra nazirliyin Antiterror Mərkəzinə rəis təyin edildiyini bildirib. 2005-ci ildən sonra Eldar Mahmudov Hilal Əsədovu özünə müavin təyin edib. H.Əsəfov dindirilərkən göstərib ki, birbaşa nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib.

İttiham aktında qeyd edilib ki, sabiq nazir müavini əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə də ifadə verib.

O, ifadəsində cinayət işində bu iş üzrə zərərçəkmiş kimi tanınan əslən Cəlilabad rayonundan olan Salman, Cəfər, Səfər və Qəhrəman Səfərov qardaşlarının heç birini tanımadığını, onları görmədiyini deyib: “Onların sabiq iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevin yaxın adamları olduğunu bilirdim. 2005-ci il idi. Akif Çovdarov yanıma gəldi. Dedi ki, Çingiz Əsədov adlı şəxs Səfərov qardaşlarından şikayət edir. Çingiz Əsədov bildirib ki, Səfərov qardaşları 2002-ci ildə zorla Naxçıvanski küçəsi 50-də yerləşən meyvə-tərəvəz bazarını onun əlindən alıblar. Ona hədə-qorxu gəliblər, qardaşını oğurlayıblar. Həmin zaman Səfərov qardaşlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim. Həmin vaxt Fərhad Əliyev yenicə həbs edilmişdi, barəsində cinayət işi istintaq olunurdu”.

H.Əsədov ifadəsində deyib ki, Səfərov qardaşları əməllərini səmimi şəkildə A.Çovdarova etiraf ediblər. O bildirib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə A.Çovdarovun qızı Aida Qasımovanın adınadır.

Prosesdən sonra A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlama verib. Vəkil qeyd edib ki, H.Əsədov ifadəsinin müəyyən hissəsini təsdiq edib: "Hilal Əsədov Cəfər Seyidovla qardaşlarının işi üzrə bəzi məqamlar üzə çıxdığı üçün onlarla bağlı araşdırmanı dayandırmalı olduğunu bildirib. Müvəkkilim Akif Çovdarov da onun dediyini təsdiq etdi. Həmin məsələnin nədən ibarət olduğunu isə açıqlamaq istəmirəm".

A.Çovdarovun digər vəkili Kamandar Nəsibov isə jurnalistlərə açıqlamasında bildirib ki, H.Əsədov istintaq zamanı verdiyi ifadəsinin bəzi yerlərini xatırlamadığını söyləyib: "Hilal Əsədov istintaqda ifadə verəndən sonra eynəyinin yanında olmadığını və həmçinin oxumadan imzaladığını dedi".

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.