Gündəm

  • " width="300" height="266" />
    Əfv üçün müraciət edənlərin adları Prezidentə təqdim edildi –Siyahıda 1100 nəfər var
  • " width="300" height="266" />
    XİN-dən Naxçıvanda əsgərimizin şəhid olması ilə bağlı bəyanat:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"
  • " width="300" height="266" />
    ƏRDOĞAN BOSNİYADA SUİ-QƏSD XƏBƏRİNİ TƏSDİQLƏDİ:"MİT xəbərdarlıq etdi, amma bunlar biz çəkindirməz..."
  • " width="300" height="266" />
    82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi:"Ürəyində problem yaranıb"
  • " width="300" height="266" />
    AZƏRBAYCAN ORDUSU NAXÇIVANDA ŞƏHİD VERDİ:"Şəhidin qisası qısa müddətdə alınacaq"
  • " width="300" height="266" />
    HULUSİ AKARDAN YUNANLARA XƏBƏRDARLIQ:"Gözümüzü qırpmadan hərbi əməliyatlara hazırıq"
  • " width="300" height="266" />
    Millət vəkili 3 məşhur şəxsin adına universitet açmağı təklif etdi:"Ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalırıq”
  • " width="300" height="266" />
    Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib:"Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi..."
  • " width="300" height="266" />
    Yeni nazir hərəkətə keçdi- Saxta əliliklə bağlı araşdırmalar başladı, həbslər gözlənilir
  • " width="300" height="266" />
    Məmmədyarov İstanbulda Trampın qərarını pislədi:"Bu addım ümidləri puç etdi, humanitar fəlakətə yol açdı"

Müsahibə

  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)
  • " width="300" height="266" />
    Ərəb ölkələri üzrə ekspert Fərda Əsədov:“Artıq növbə İrana çatıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

21 May 2018
20 May 2018

Digər Xəbərlər

30 Noyabr 2017 - 19:40

Zərərçəkənlər məhkəmədə sabiq “çekistlər”ə dirəndi:"Mövlan Şıxəliyevə 300 min, Vüsal Ələkbərova 2 milyon verdim..."

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Strateq.az "Report"a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nizami Kazımov ifadə verib.

Zərərçəkmiş bildirib ki, ona 2 milyon dollar ziyan dəyib. N.Kazımov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, mülki iddiasının təmin edilməsini, dəymiş zərərin ödənilməsini tələb edib. O qeyd edib ki, hadisə vaxtı şəxsi bizneslə məşğul olub: "İki milyon dolları Vüsal Ələkbərova vermişəm".

Digər zərərçəkmiş Elşən Mədətov söyləyib ki, 250 min dollarlıq mülki iddia qaldırıb. Həmin şəxs də pulu təqsirləndirilən V.Ələkbərova verdiyini deyib: "Həmin vaxt Şirvan şəhərində zavod rəhbəri idim. "Texnikabank"ın rəhbərliyini həbs etmişdilər. Mənim də bankda pulum var idi. Sonra məni çağırıb hədə-qorxu gəldilər, həbslə hədələdilər. 250 min dollar pulumu Vüsal Ələkbərova verdim. Hadisədən sonra şəkər xəstəliyi tapmışam".

Daha sonra zərərçəkmiş Namiq Rzayev dindirilib. O vurğulayıb ki, təqsirləndirilən V.Ələkbərova 200 min, Mövlan Şıxəliyevə isə 300 min manat pul verib.

İclasda V.Ələkbərov vəsatətlə çıxış edib. O, birinci instansiya məhkəməsinin protokolu ilə tanış olmadığını və buna görə məhkəmədən həmin protokollarla tanış olmasını istəyib.

Vəsatət baxılmamış saxlanılıb.

V.Ələkbərov çıxışında özünə qarşı irəli sürülmüş ittihamlarla razı olmadığını, günahsız olduğunu, özünü təqsirli bilmədiyini söyləyib. O, zərərçəkmişlərin onunla qərəzli olduqlarını bildirib. V.Ələkbərov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin mövbəti iclası dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzili üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərar da çıxarıb. Hökmə əsasən, V.Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb. Məhkəmə bunu belə əsaslandırıb ki, V.Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərar da çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurorluğa göndəriləcək.

Hökmdən narazı qalan V.Ələkbərov və zərərçəkmişlər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.