XƏBƏR LENTİ

17 Oktyabr 2018
16 Oktyabr 2018

Digər Xəbərlər

13 Yanvar 2018 - 22:25

Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadındünyasını dəyişib

Lənkəran rayonunda anası ilə birgə naməlum şəxs tərəfindən döyülən qadın xəstəxanada dünyasını dəyişib.

O, xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə daxil olub. Faktla bağlı hələ ki, saxlanılan yoxdur.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib. 

Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib. İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.