XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

13 Fevral 2018 - 23:43

Biləsuvarda çoban çobanı bıçaqladı –Mal-qara üstündə

Biləsuvar rayonunda çobanın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

30 yaşlı Davud Bayramovu onun həmkəndlisi, 17 yaşlı Yardımlı rayon Alar kənd sakini Murad Şahverənov bıçaqlayıb.

Məlumata görə, M.Şahverənovun mal-qarası D.Bayramova məxsus fermanın ərazisinə girib. Buna görə də D.Bayramov M.Şahverənovu döyüb. Nəticədə də M.Şahverənov D.Bayramovu kürək nahiyəsindən bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Yardımlı rayonunun Alar kəndindən olan hər iki çoban Biləsuvarın Səmədabad kəndində yerləşən fermada çobanlıq edirlər.

Faktla bağlı araşdırma aparılır.

Report