Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

02 Mart 2018 - 18:30

AzTV-nin sədri Arif Alışanovun istintaqa verdiyi ifadəsi açıqlandı:“Kənd təsərrüfatı ilə məşğul olmaq qərarına gəldik”

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovun ibtidai istintaqa verdiyi ifadə məlum olub.

Zərərçəkmiş şəxs qismində dindirilən Arif Alışanov bildirib ki, təxminən 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib və bu məqsədlə rayonunun Nağaraxana kənd sakini Əkbərov Şücayət Allahverdi oğlu ilə tanış olub: “Bundan sonra aramızda yaxşı münasibət yarandı. 2012-ci ildə qardaşım Habil, yeznəm Vidadi Cəfərov, qayınlarım – Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan köməklik göstərməsini istədim. 2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşım Habil 200 000 manat, yeznəm Vidadi 200 000 manat, qaynım Etibar 1 800 000 manat, qaynım Natiq 3 500 000 manat, özüm isə 500 000 manat – cəmi 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəldik. Xaricdən mütəxəssislər dəvət etdik, hansı ərazilərində qoz və fındıq bağlarının salınmasının mümkün olmasını müəyyənləşdirib, torpaqların alınması ilə bağlı Şücayət Əkbərova müraciət etdim. 2014-cü ilin iyulunda Şücayət Əkbərov bizə Nağaraxana kəndindən Pirqulu kəndinə gedən yoldan təxminən 500 metr aralıda 50 hektar torpaq sahəsini göstərib, həmin yerlərin turizm təyinatlı olduğunu, hektarının 30 000 manatdan satıldığını bildirdi. Həqiqətən də mənzərəli torpaqlar olduğunu gördüyüm üçün gələcəkdə həmin ərazidə turizmlə bağlı obyekt salmaq məqsədilə almağa razılaşdım. Həmin pulu hissə-hissə Şücayətə verdim. Şücayət Əkbərov bir neçə aya torpağı satan şəxslərlə görüşüb, razı salaraq pulları ödəyəcəyini və alqı-satqı ilə rəsmiləşdirib, çıxarışını alacağını bildirdi. Lakin Şücayət Əkbərov həmin 50 hektar torpaq sahəsi üçün 1 500 000 manatı almasına baxmayaraq, torpaqların alınması üçün heç bir iş görməyib.

2014-cü ilin fevral ayında Şücayət mənə Şamaxı rayonu Nağaraxana kəndin mərkəzində yerləşən yüksəklikdəki 3,48 hektar kənd təsərrüfatlı təyinatlı torpaqları göstərib 1 hektarının 50 000 manata satıldığını bildirdi. Mən həmin torpağı almağa razılıq verdikdən sonra 2014-cü ilin fevral ayının sonlarında Şücayət Əkbərova Şamaxı rayonunda həmin torpağın alınması üçün 174 000 manatı tanışım Camal Nəbiyevin yanında verdim. 2014-cü ilin aprel ayında Şücayət həmin torpağın çıxarışını sürücüm Hacı Babayevin adına rəsmiləşdirdi. İstintaq zamanı məlum oldu ki, Şücayət Əkbərov məni aldadaraq, Şamaxı rayonu Nağaraxana kəndində göstərdiyi torpağı deyil, Kürdəmirdə hektarı 500 manata satılan torpağın hektarını 50 000 manata sataraq dələduzluqla 174.000 manatı mənimsəyib”.

A. Alişanov bildirib ki, Şamaxıda bir neçə torpaq sahəsini bəyənib və almaq istəyib. Həmin torpaqların pulunu Ş. Əkbərova ödəyib, lakin sonradan rəsmiləşdirilən sənədlərdən torpaqların Kürdəmir rayonunda olduğu üzə çıxıb: “Mənim Şücayət Əkbərov vasitəsi ilə vətəndaşlardan pay torpaq sahələrini almağımın əsas səbəbi onun yerli sakin kimi kənd camaatı ilə tez dil tapıb həmin sahələri ala bilməsi olub. Şücayətə yaxın adam kimi etibar etmişəm. Aqrar təsərrüfatı qurandan sonra Şücayət Əkbərovu oraya rəhbər təyin etmək fikrim var idi. Dəfələrlə Şücayətin Şamaxı rayonu Nağaraxana kəndindəki və Mədrəsə qəsəbəsindəki evlərində olmuşam. Onun səhhətində ciddi problemlər yarananda da ürəyində şuntlama əməliyyatı aparılmasına maddi cəhətdən köməklik edərək 10 000 manat vermişəm.

Şücayət Əkbərov 2016-cı ilin dekabrından Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu göstərmək istədiyini və təsvir etdiyinə görə suvarma işlərimizdə gələcəkdə problem olmaması üçün həmin su hovuzuna baxıb almalı olduğumuzu dedi. Həmin vaxt Şücayətin bu təklifini normal qarşıladım. Hazırda isə anlayıram ki, Şücayət çölün düzündə olan sahəyə məni aparıb qətlə yetirmək istəyib. Lakin biz həmin yerə gedib baxa bilmədik. Bu hadisədən bir neçə gündən sonra biz Şamaxıya gedəndə polis əməkdaşlarının Şücayəti tutduqlarını bildik. Bundan sonra Bakıya qayıtdıq. Sonradan Şücayət Əkbərovun məni, bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istədiyi məlum oldu”.

Arif Alışanov bildirib ki, Şücayət Əkbərovun Şamaxı rayonu Mədrəsə qəsəbəsindəki evində olarkən heç kəsin əlində odlu silah görməyib, evdə olan şəxsləri Şücayət onlara  usta kimi təqdim edib: “Lakin onlar ustaya oxşamırdılar”.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə cinayət işinin məhkəməyə verilməsi ilə bağlı məsələyə baxılıb. Məhkəmə Kollegiyasının qərarına əsasən iş məhkəmə baxışına verilib.

Məhkəmə baxışı martın 7-nə təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.