Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SOCAR-ın sabiq prezidenti Sabit Bağırov:“Heydər Əliyevə təcili məktub yazdım, o da kontraktı ləğv elədi” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

21 Sentyabr 2018
20 Sentyabr 2018

Digər Xəbərlər

05 Aprel 2018 - 13:14

Generalın oğlu məhkəmədə ifadə verdi:"Dedi ki, arxamca gəl, sənin başını kəsəcəm..."

Bakıda xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə Rüstəm Orucovun vəkili Kamandar Nəsibovun qaldırdığı vəsatətlə bağlı qərar elan olunub.

Qərara əsasən, məhkəmə qismən istintaqla aparılacaq.

Prosesdə təqsirləndirilən Rüstəm Orucov sərbəst ifadə verib. O bildirib ki, hadəsədən əvvəl sürücü Sənan Səmədov onu söyüb:

“Hənim günü, axşam saat 8-9 radələridə avtomobilimdə “Əcəmi dairəsi”ndə tıxacda dayanmışdım. Bu vaxt böyrümdə dayanan avtobus sürücüsü dayanmadan siqnal verirdi. Ona nə üçün belə siqnal verdiyini soruşdum. Mənə kor olduğumu dedi. Maşından düşərək, onun nömrəsini istədim. Amma mənə nömrəsini vermədi. Sonra maşına mindim və pəncərəni aşağı endirdim. Bu zaman sürücü mənə var-yox söyüşü söydü”.

Rüstəm Orucov bildirib ki, ondan yenə nömrəsini istəyib: “Dedi ki, arxamca gəl, sənin başını kəsəcəm. Bu səbəbdən onun arxasınca getdim. Sonuncu dayanacaqda onu gözlədim. Hər kəs maşından düşdü. Dispetçer yaxınlaşdı. Ona dedim ki, mənim var-yoxumu söyüb, üzr istəsin, sonra gedəcəm. Sürücü mənə əl edib, yanına çağırdı. Onun yanına getdim. Ondan niyə söyüş söydüyünü soruşdum. Mənə bildirdi ki, söyüləsi adamsan, ona görə də söydüm. Mən də onu vurdum. Sürücü yerə yıxıldı. Sonra mən oradan getdim”.

Rüstəm Orucov qeyd edib ki, digər təqsirləndirilən şəxslər hadisə zamanı onun yanında olmayıb:

“Onlar həmin zamanı hadisə yerindən keçdiklərini, mənim orada adam vurduğumu gördüklərini bildirdilər. Hadisədən əvvəl dostumuz əsgərlikdən gəlirdi, onu qarşılayıb restoranda oturacaqdıq. Maşınımda tək olmuşam”.

Daha sonra digər təqsirləndirilən şəxslərin hər ikisi dindirilib. Onlar hadisə yerində olmadıqlarını qeyd ediblər.

Növbəti proses aprelin 10-da davam edəcək.

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Pərviz Abbasov və Kənan Vəliyevin hər birinə 1 il 6 ay cəza kəsilib. Onlar məhkəmə zalında həbs ediliblər.

İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.

Rüstəm Orucova əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaqda təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Hadisənin digər iştirakçıları Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən işləmiş general-mayor Novruzəli Orucovun oğludur.

Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib/Teleqraf.com.