XƏBƏR LENTİ

18 Noyabr 2018
17 Noyabr 2018
16 Noyabr 2018

Digər Xəbərlər

11 İyul 2018 - 21:21

Novxanı çimərliyində batan şəxsin meyiti tapılıb- FHN

Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) ötən gün batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Şabıyev Cabir Bəhruz oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, C.Şabıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.