Gündəm

  • " width="300" height="266" />
    Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi
  • " width="300" height="266" />
    Lavrovdan Xəzərlə bağlı Konvensiyaya şərh:"22 il iş getdi, bu, sadə məsələ deyil..."
  • " width="300" height="266" />
    “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər” –Çavuşoğlundan xəbərdarlıq
  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

Müsahibə

  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

15 Avqust 2018
14 Avqust 2018

Digər Xəbərlər

06 Avqust 2018 - 15:07

Deputat Elmira Axundovanın oğlu yenidən ifadə verdi –Zərərçəkənlər hakimə etiraz etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindiriləcəyi elan olunub.

Lakin zərərçəkmiş Fərman Məmmədovun vəkili buna etiraz edib. O söyləyib ki, məhkəmə heyəti prosesin ədalətli şəkildə araşdırılmasında maraqlı deyil. Müdafiəçi qeyd edib ki, məhkəmədə prosessual pozuntular həddən artıq çoxdur. O, buna görə məhkəmə tərkibinə etiraz edib və hakimlərin dəyişdirilməsini istəyib. Vəkil etirazını məhkəməyə yazılı şəkildə də təqdim edib.

Hakim bildirib ki, etiraz zərərçəkmiş F.Məmmədovun adından yazılıb. Vəkil isə vurğulayıb ki, F.Məmmədovun nümayəndəsi olduğu üçün vəsatəti onun adından yazıb.

Digər zərərçəkmişlər də vəsatətin təmin olunmasını tələb ediblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra deputat Elmira Axundovanın oğlu Həbib Axundov zərərçəkmiş qismində yenidən ifadə verib. O, əvvəlcə bir neçə dəqiqəlik çıxış etmək istədiyini bildirib. O deyib ki, zərərçəkmiş F.Məmmədov onun və anası E.Axundovanın adından mətbuata qərəzli, iftira, şantaj və montaj olunmuş məlumatlar ötürür.

H.Axundovun sözlərinə görə, zərərçəkmiş şəxslər – Şahin Məhərrəmov və Sabir Ağayev F.Məmmədov tərəfindən bu cinayət işinə qoşulduqlarını etiraf ediblər: “Şahin məndən şikayət edəndə ona zəng vurdum. Onu daha əvvəl tanımamışam. Ofisimə çağırdım, danışdıq. Onun Fərmana 3 min borcu olduğunu dedi. Buna görə də Fərmanın istəyi ilə şikayət edib. Məndən 3 min borc istədi ki, Fərmana versin və onun tələblərindən canını qurtarsın. Mən də ona borc verdim. Şahin məndən şikayətinin olmaması ilə bağlı notariusda sənəd verdi. Onunla aramızdakı görüş mənim ofisimdəki kameraya da düşüb. Həmin görüntünü də sizə təqdim edirəm. Həmçinin Sabir Ağayev də məndən şikayət edəndə onunla görüşdüm. Sabir bildirdi ki, borcu, kreditləri var və buna görə də Fərmanın dedikləri ilə razılaşıb. Sabir mənə pul verməyib. O, məndən şikayətçi olmaması ilə bağlı da notariusdan sənəd verib. Onu da məhkəməyə təqdim edirəm”.

H.Axundov daha sonra F.Məmmədovun şəxsi fəaliyyəti ilə bağlı danışmaq istəyib.

Hakim isə bu məsələlərin araşdırılan işlə əlaqəsinin olmadığını deyib.

Fərman Məmmədovun vəkilinin suallarını cavablandıran H.Axundov özünə dəymiş zərəri dəqiq xatırlamadığını, bu barədə istintaqa məlumat verdiyini deyib.

H.Axundov suallara cavabında vurğulayıb ki, F.Məmmədov onların ailəsinə çox yaxın olub.

O, F.Məmmədovla təqsirləndirilən E.İbrahimovun şəxsi münasibətləri və biznes əlaqələri barədə məlumatsız olduğunu deyib.

Məhkəmədə fasilə elan olunub.

İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.