XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

15 Avqust 2018 - 19:34

Goranboyda yol qəzası baş verib –Xəsarət alanlar var

Goranboy rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük maşını “KamAZ” markalı maşının arxasına çırpılıb. Nəticədə firmalardan birinə məxsus olan “Ford” markalı avtomobilin sürücüsü – İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Nicat Rəsulzadə və sərnişini – Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Samir Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza zamanı yüngül yaralanan sərnişini təcili yardım avtomobilini gözləmədən yolda xidmət aparan 8-ci tağımın əməkdaşı, polis serjantı Emin Məmmədov dərhal xidməti maşınla Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ağır yaralı isə təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hər iki yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onlardan N.Rəsulzadənin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır/Report.