XƏBƏR LENTİ

11 Dekabr 2018

Digər Xəbərlər

11 Oktyabr 2018 - 20:59

Yaşlı qadın özünü xurma ağacından asıb – Zaqatalada intihar

 

Zaqatala rayonunda qoca qadın intihar edib.

Hadisə bu gün axşam saatlarında rayonun Aşağı Tala kəndində baş verib.

Belə ki, kənd sakini, təxminən, 75-80 yaş arası Şöhrət Hacımusa qızı Qaracayevanın meyiti yaşadığı evin həyətyanı sahəsində xurma ağacından asılı vəziyyətdə tapılıb.

Araşdırma zamanı Ş.Qaracayevanın intihar etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır/Report.