XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 11:24

Türkiyə vətəndaşının üzərindən narkotik maddə çıxdı –Gömrükdə əməliyyat

“Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn, Türkiyə vətəndaşına məxsus “Mercedes-Benz” markalı avtomobil saxlanılıb”.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, yoxlamadan öncə vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirsə də, baxış zamanı onun əynindəki qolsuz dəri gödəkçənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə – marixuana aşkarlanıb.