XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

08 Noyabr 2018 - 15:26

Sabirabadda təcili yardım maşını aşıb –5 nəfər yaralanıb

Sabirabad rayonunda yol qəzası baş verib. 

Hadisə rayonun Xankeçən kəndi ərazisində qeydə alınıb.

Belə ki, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (TTTYS) Salyan regional məntəqəsinə məxsus UAZ markalı avtomobil Şirvan şəhərindən geri qayıdarkən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Hacıqabul rayon sakinləri – 1962-ci il təvəllüdlü Mərziyyə Məlikalı qızı Məlikova, onun qardaşı, 1960-cı il təvəllüdlü Rəhim Məlikalı oğlu Məlikov, Salyan rayon sakini, 1961-ci il təvəllüdlü İsa Əjdər oğlu İsmayılov, Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Güllüqız Qoca qızı Məlikova və 1962-ci il təvəllüdlü Gülnarə İmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır/Report.