XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

09 Noyabr 2018 - 18:10

İŞİD Avstraliyadakı hadisənin məsuliyyətini öz üzərinə götürüb

İŞİD terrorçu qruplaşması Avstraliyanın Melburn şəhərində naməlum şəxsin bıçaqla kütləyə hücumunun məsuliyyəti öz üzərinə götürüb. 

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Xatırladaq ki, Melburnda bir avtomobilin ticarət mərkəzinə çırpılıb alovlanması ilə bağlı hadisə yerinə gələn polis əməkdaşları əlində bıçaq olan və “Allahu əkbər” qışqıran naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə üç nəfər mülki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onlardan biri dünyasını dəyişib. Həmçinin terrorçu polisin açdığı atəş nəticəsində güllə yarası alaraq daha sonra xəstəxanada ölüb.

Hadisəni törədən şəxsin 1990-cı illərdə Somalidən köçdüyü bildirilir.