XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 10:18

“Borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılıb” –DİN ötən günün statistikasını yaydı

Dekabrın 5-dən 6-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub:

“Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb”.