XƏBƏR LENTİ

22 Mart 2019
21 Mart 2019

Digər Xəbərlər

11 Yanvar 2019 - 08:55

Meksika ilə ABŞ sərhədində 20-dən çox yandırılmış cəsəd aşkarlanıb

Meksikanın hökumət orqanları ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatında 21 yandırılmış cəsəd aşkar ediblər. Bu barədə “Excelsior” qəzeti məlumat yayıb.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, yandırılmış cəsədlər narkokartellərin münaqişəsinin qurbanlarıdır. Hadisə Tamaulipas ştatının Migel Aleman şəhəri yaxınlığında törədilib.

Tamaulipas ştatı narkotrafik sistemində əsas regionlardan biridir. Narkokartellər arasındakı münaqişələr səbəbindən orada tez-tez kütləvi qırğınlar törədilir. Hazırda ştatda üç kartel arasında mübarizə gedir.