XƏBƏR LENTİ

26 İyun 2019
25 İyun 2019

Digər Xəbərlər

11 Yanvar 2019 - 16:36

Azərbaycanlı qadın Rusiyada nəvələrini oğurladı

Rusiyada Yamalo-Nenetski Muxtar Vilayətinin sakini olan qadın Omsk vilayətinin polis idarəsinə müraciət edərək bildirib ki, keçmiş qayınanası onun iki övladını oğurlayıb.

Məlumatı öz mənbəyinə istinadən Rusiyanın Federal Xəbər Agentliyi yayıb. Bildirilir ki, 1962-ci il təvəllüdlü azərbaycanlı qadın Omsk vilayətində həbsdə olan oğluna baş çəkməyə hazırlaşıb. Bunun üçün o, 2011 və 2013-cü il təvəllüdlü olan iki nəvəsini götürərək, yanvarın 5-də qatara minib.

Yanvarın 6-dan isə onlardan heç bir xəbər alınmayıb. Sonuncu dəfə qadını nəvələri ilə birlikdə yanvarın 9-da Dağıstanın Qızılyurd şəhərində görüblər.

Faktla bağlı araşdırmalara başlanılıb.