XƏBƏR LENTİ

24 İyun 2019
23 İyun 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 15:50

İŞİD-in tərkibində döyüşən azərbaycanlı Ali Məhkəməyə müraciət edib –Cəzasının yüngülləşdirilməsini istəyir

İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlı – Nicat Əhmədovun barəsində olan hökmdən kassasiya şikayəti verib.

Strateq.az “Report”a istinadən xəbər verir ki,  Ali Məhkəməyə müraciət edən N.Əhmədov cəzasının yüngülləşdirilməsini istəyir.

Kassasiya şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, N.Əhmədov Suriya və İraqda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2015-ci il iyunun 21-də Türkiyəyə, oradan Suriyaya gedib.

O, Suriya, İraq və Azərbaycanın qanunvericilikləri ilə nəzərdə tutulmayan “İraq-Şam İslam Dövləti” – İŞİD adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan mahkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.