XƏBƏR LENTİ

20 Aprel 2019
19 Aprel 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 16:00

Gəncə hadisələri vaxtı həbs olunan Qarabağ əlili azad edildi –Məhkəmə zalında buraxıldı

Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə həbs olunan Qarabağ əlili Rza Səfərsoy məhkəmə zalından azadlığa buraxılıb.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə hakimlər kollegiyası bu barədə qərar qəbul edib.

R.Səfərsoy iyulun 9-dan həbsdə idi. İyulun 3-də Gəncədə icra başçısı güllələnəndən bir gün sonra R.Səfərsoy Facebook səhifəsində «Haqqı pozulan, əzilən xalqım, özünü öldürmə, haqqını pozanı öldür» məzmunlu status yazıb, Gəncə şəhər icra hakimiyyətinin qarşısında aksiya keçiriləcəyi barədə paylaşım edib. Onun bu əməli terrorçuluğa və dövlət əleyhinə çağırışlar kimi qiymətləndirilib. Ona qarşı CM-in 214-2-ci (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham irəli sürülüb.

R.Səfərsoy özünü təqsirli bilməyib. Deyib ki, E.Vəliyevə antipatiyası vardı. Çünki o, vətəndaşları saymırdı, insanlarda dövlətçiliyə inamsızlıq yaradırdı: «Cənab prezident özü də dəfələrlə rüşvətxor, vətəndaşları incidən məmurları tənqid edib, cəzalandırıb. Mən «məmurlara ölüm» yazanda mənəvi ölümü nəzərdə tutmuşam. Prezidentin onları vəzifədən çıxarması onlar üçün elə ölümə bərabərdir».

Səbail Rayon Məhkəməsi ona 2 il həbs cəzası vermişdi. Hökmdən narazı qalan R.Səfərsoy apellyasiya məhkəməsinə müraciət edib. Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində R.Səfərsoyun çıxışı qısa olub. Deyib ki, 17 yaşından dövlətinə, xalqına xidmət olub. R.Səfərsoy 16 il Silahlı Qüvvələrdə zabit kimi xidmət edib. 2008-ci ildə səhhətindəki problemlərlə əlaqədar ehtiyata buraxılıb, ikinci qrup əlildir.

Onun çıxışından sonra hakimlər qısa müşavirə edərək, hökmün dəyişdirildiyini elan ediblər. Qərara əsasən, R.Səfərsoyun cəzası 2 ildən 7 ay 2 günə endirilib. Müddət tamam olduğuna görə o, məhkəmə zalından azadlığa buraxılıb.