XƏBƏR LENTİ

22 Aprel 2019
21 Aprel 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 21:46

İstanbulda hərbi vertolyot qəzaya uğrayıb-4 nəfər ölüb

İstanbul şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi şəhərin qubernatoru Əli Yerlikaya məlumat verib. “Çekməköy rayonunda vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub”, – deyə o, “Twitter”də yazıb. İlkin məlumatlara görə, vertolyot texniki səbəblərdən məcburi eniş edən zaman qəzaya uğrayıb. Hadisə yerinə “təcili yardım” və yanğınsöndürən maşınlar cəlb olunub.