XƏBƏR LENTİ

22 Aprel 2019
21 Aprel 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 23:26

Mingəçevirdə yaşayış binasında yanğın olub –VİDEO

Mingəçevir şəhərində yaşayış binasında yanğın olub.

Hadisə Nizami küçəsi 6 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yerləşən yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzillərdən birində yanğın hadisəsi baş verib. Hadisə yerinə FHN-in iki yanğınsöndürmə briqadası cəlb olunub.Yanğın söndürülüb.

Hadisə zamanı mənzildə olan ev sakini, 1998-ci il təvəllüdlü Cəbrayılova Rahilə Bəhram qızı mənzildən çıxarılaraq qonşu evlərdən birinə yerləşdirilib. Həyəcan və stres keçirən xanıma təxliyyə edildiyi ünvanda hadisə yerinə gəlmiş həkim briqadası tərəfindən tibbi yardım göstərilib. Bundan sonra onun durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır/Report.