XƏBƏR LENTİ

20 Mart 2019
19 Mart 2019

Digər Xəbərlər

14 Mart 2019 - 21:38

Ağsuda yük maşını su kanalına aşıb, sürücü ölüb –VİDEO

Ağsu rayonunda yol qəzası baş verib.

Hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.

Nəticədə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır/Report.