XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

15 Mart 2019 - 13:12

Yeni Zelandiyada məscidə hücumda ölənlərin sayı 49-a çatdı –Terrorçu türkləri hədələyən mesaj yaydı

Yeni Zelandiyanın Krasçörç şəhərində iki məscidə hücum nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Terrorçu 28 yaşlı Brenton Tarrantın qətli musiqi dinləyərək həyata keçirdiyi məlum olub.

Terrorçu 5 ədəd yarımavtomatik silahla silahlanıb. Silahlı hücumu kompüter oyunu kimi həyata keçirən qatil atəş zamanı silah maqazinini bir neçə dəfə dəyişdirib. Maşında düşüb məscidə girən kimi atəş açmağa başlayıb.

Silahlarının üzərində isə dünyanın başqa regionlarında müsəlmanlara qarşı hücum təşkil edənlərin adı həkk olunub.

Hücumu il əvvəldən planlaşdıran Tarrant internetdə paylaşdığı manifestində 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breyvikdən ilham aldığını yazıb.  Qatilin hücumla bağlı öz “YouTube” səhifəsində 70 səhifəlik manifest yaydığı bildirilir.

Manifestdə türklərə yönəlik hədə də var: “Torpaqlarınızda sülh içində yaşaya bilərsiniz, sizə zərər dəyməyəcək. Bosfor boğazının şərq tərəfində. Konstantinopolun bütün məscid və minarələrini sökərik. Ayasofya minarələrdən qurtulacaq və Konstantinopol layiq olduğu kimi xristian şəhəri olacaq”.

Qatilin hücum anını sosial şəbəkədə paylaşdığı ortaya çıxıb. Hücum əsnasında silahın maqazinini bir neçə dəfə dəyişdiyi görünür. Maşından enib məscidin qapısından girən kimi atəş açmağa başlayır. (Avropa.info)