XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

15 Mart 2019 - 23:05

Qanlı terrorun şahidi necə xilas olduğunu danışdı:"Məsciddən sağ çıxan son adam mən oldum"

Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidlərə silahlı hücumun şahidi olan Ramzan Əli hadisə zamanı məsciddən necə xilas olması barədə danışıb.

“İnsanların qapılara doğru qaçdığını gördüm…. O (terrorçu – red.) əsas girişdən içəri girmişdi, yan tərəflərdə isə daha iki qapı var idi”, – R.Əli deyib.

Onun sözlərinə görə, hücum zamanı o, hər cümə günü ziyarət etdiyi Dins-avenyudakı məsciddə olub. Şahid hücum zamanı məsciddə, təxminən, 300 nəfərin olduğunu söyləyib. O, məscidin pəncərəsindən çıxaraq terrorçunun hədəfindən yayınıb və qaçıb.

“Məsciddən sağ çıxan son adam mən oldum. Ətrafa baxanda hər yanda ölmüş insanlar görürdüm”, – o deyib. Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılmasınəticəsində 49 nəfər ölüb, 48 nəfər yaralanıb.(Report)