XƏBƏR LENTİ

26 İyun 2019
25 İyun 2019

Digər Xəbərlər

14 Aprel 2019 - 18:05

Malayziyanın sabiq baş nazirinin arvadı Dövlət Fondunu talayıb –23 milyon dollara  boyunbağı alıb

Malayziya polisi sabiq Baş nazir Nacib Razakın həyat yoldaşı Rosma Mansurun 1MDB dövlət investisiya fondunun vəsaiti hesabına 23 milyon dollar məbləğində boyunbağı aldığını sübut edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Malayziyanın çirkli pulların yuyulması üzrə milli polis idarəsi bəyanat yayıb.

“Təhqiqat zamanı çəhrayı rəngli nadir almazdan olan 23 milyon dollar dəyərində boyunbağının Nyu-Yorkdakı zərgərlik mağazalarından birindən 1MDB fondunun vəsaiti ilə alındığı təsdiqlənib”, – deyə bəyanatda bildirilir. Sənəddə qeyd edilir ki, polis tərəfindən Rosma Mansurun fondun pullarından istifadə edərək saxta hesablar vasitəsilə çəhrayı almazı almasına dair bütün bank əməliyyatları aşkarlanıb.

Bu ərəfədə Rosma Mansur dövlət vəsaiti ilə heç bir zinət əşyasını almadığını bildirərək, polisi və KİV-ləri onun ailəsi və N.Razak haqda yalan məlumatlar yaymaqda ittiham etmişdi. Ailənin hər iki üzvü N.Razakın Baş nazir vəzifəsində çalışdığı illərdə 1MDB dövlət investisiya fondundan milyardlarla dollar məbləğində vəsaitin oğurlanmasında ittiham olunur. 1MDB fondundan oğurluğun izləri artıq bir neçə ildir Malayziya ilə yanaşı, ABŞ, İsveçrə və digər ölkələrdə araşdırılır.