XƏBƏR LENTİ

26 İyun 2019
25 İyun 2019

Digər Xəbərlər

15 Aprel 2019 - 10:18

Gömrük Komitəsinin sədri:“Üç ayı ərzində isə 16 narkoqrup aşkar edilib”

“Azərbaycanın gömrük orqanları tranzit vasitəsilə gətirilən narkotik vasitələrin, yaxud da digər təhlükəli məmulatların ölkəyə daxil olmasının qarşısını almaqda davam edir”.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransında (IDEC) çıxışı zamanı deyib. Onun sözlərinə görə, gömrük orqanları ötən il 24 narkoqrup aşkar edib: “Bunun nəticəsində 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Bu ilin üç ayı ərzində isə 16 narkoqrup aşkar edilib və onlar barəsində istintaq hərəkətları aparılıb. Bu ilin ötən dövründə 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb”.