XƏBƏR LENTİ

25 May 2019
24 May 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 14:40

Azərbaycanlı Türkiyədə məşhur iş adamını öldürdü –Polis qatili axtarışa verdi

Türkiyədə məşhur iş adamı Şahin Akça qətlə yetirilib.

Strateq.az Publika.az-a istinadən xəbər verir ki, iş adamının azərbaycanlı dostu tərəfindən öldürüldüyü ehtimal olunur.

Cinayətin qurbanı Təkirdağdakı bağ evində tapılıb. Çürümüş cəsədin ekspertizası zamanı onun 15 gün öncə boğularaq öldüyü üzə çıxıb. İstintaq zamanı məlum olub ki, mərhum sonuncu dəfə adı açıqlanmayan azərbaycanlı dostu ilə telefonda əlaqə saxlayıb. Onlar birlikdə cinayətin baş verdiyi bağ evinə gediblər.

Uzun müddətdir, ABŞ-da yaşayan Şahin Akça vətəninə istirahət məqsədilə tez-tez gəlirmiş.

Cinayətdə şübhəli bilinən şəxs Türkiyə ərazisini tərk edib. Türkiyə hüquq mühafizə orqanları İnterpol xətti ilə onun barəsində beynəlxalq axtarış elan edib.