XƏBƏR LENTİ

23 Avqust 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 11:00

Bakıda sərnişin avtobusu qəzaya düşdü –5 nəfər yaralanıb + Adlar

Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 nömrəli sərnişin avtobus qəzaya düşüb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar – Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.