XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

14 May 2019 - 13:04

2 hərbi qulluqçunun qar uçqununa düşməsi faktına görə cinayət işi başlandı –Gəncə Hərbi Prokurorluğunda

Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusunun martın 7-də qar uçqununa düşməsi faktı üzrə cinayət işi başlanıb.

Fakta görə Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və döyüş şəraitində törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hələlik fakta görə saxlanılan yoxdur.

Xatırladaq ki, bu il martın 7-də Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşərək həlak olublar. /Trend