XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

15 May 2019 - 12:31

Rusiyada azərbaycanlı həmyerlisini öldürüb- Cinayət işi başladılıb

Rusiyada azərbaycanlı həmyerlisini bıçaqlayaraq öldürüb.

ONA-nın “donnews.ru”ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün Taqanroq şəhərində baş verib.

Avtovağzal yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğul olan iki azərbaycanlı arasında münaqişə başlayıb. Daha sonra tərəflərdən biri digərinin əlinə bıçaqla xəsarət yetirib. Ardınca zərərçəkmiş şəxsin qardaşı bıçağı götürərək onu öldürüb. Qətli törədən şəxs polisə təslim olub.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başladılıb.