XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

17 May 2019 - 11:28

Şirvanda narkotiklə bağlı əməliyyat –Saxlanılanlar var

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında şəhər ərazisində əməliyyat tədbirləri keçiriblər.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan şəhər sakini E.Valehovdan çəkisi 485 qram marixuana aşkar edilərək götürülüb.

Birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini C.Alışov saxlanılıb.

Ondan 480 qram marixuana götürülüb. Ona məxsus həyətyanı sahədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu da aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.