XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

17 May 2019 - 20:32

Şirvanda polis əməliyyatı- Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında şəhər ərazisində əməliyyat tədbirləri keçiriblər.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan şəhər sakini Elşən Valehovdan çəkisi 485 qram marixuana aşkar edilərək götürülüb.

Birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini Coşqun Alışov saxlanılıb. Ondan 480 qram marixuana götürülüb. Ona məxsus həyətyanı sahədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.