XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

19 May 2019 - 21:03

Lerik sakininin meyiti tapıldı –İranla sərhəddə

Fevral ayından itkin düşmüş Lerik rayon sakininin meyiti tapılıb.

Strateq.az “Report”a istinadla xəbər verir ki, 1978-ci il təvəllüdlü İveri kənd sakini İsmayılov Amil Rəvvağ oğlunun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə olub.

Onun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.