XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

22 May 2019 - 16:21

Çətənə bitkisi yetişdirən Yevlax sakini tutulub –FOTO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, mayın 21-i daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon Yuxarı Qarxun kənd sakini Elməddin Uğuruyevin Duzdağ kəndində yerləşən açıq sahədə aqrotexniki qaydada yetişdirdiyi 10-12 santimetr uzunluqda 19 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Götürülmüş çətənə kolları maddi sübut kimi ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.