XƏBƏR LENTİ

23 Oktyabr 2019
22 Oktyabr 2019

Digər Xəbərlər

17 İyun 2019 - 17:11

Abşeronda “Mercedes” betona çırpılıb- Sürücü ölüb+FOTO

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.