XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

17 İyun 2019 - 22:54

Ələt-Astara yolunda avtobus aşıb- 3 xarici vətəndaş ölüb+SİYAHI

Ələt-Astara avtomobil yolunda Banqladeş vətəndaşlarından ibarət şirkət işçilərini daşıyan avtobus aşıb.

“Report” xəbər verir ki, nəticədə 3 Banqladeş vətəndaşı ölüb, daha 4-ü, həmçinin bir azərbaycanlı yaralanıb.

Ölən və yaralananların dəqiq hansı şəxslər olduğu bilinməsə də, adları aşağıdakı kimidir:

1983-cü il təvəllüdlü Məhəmməd Ərşad

1979-cu il təvəllüdlü Zahangir Alam

1987-ci il təvəllüdlü Ruhul Amin

1990-cı il təvəllüdlü Hüseyn Muhasib

1997-ci il təvəllüdlü Vetri Çelvin

1977-ci il təvəllüdlü Məhəmməd Muxtar

1979-cu il təvəllüdlü İslam Məcdun

1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü)

Yaralılar bədənin müxtəlif nahiyələrindən aldıqları xəsarətlərlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.

Qeyd edək ki, əcnəbi vətəndaşlar Səbail rayon Badamdar qəsəbəsində yaşayırlar.