XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

18 İyun 2019 - 10:07

Qaxda polis əməliyyatı:Bakı sakini külli miqdarda narkotiklə saxlanıldı

Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlanılıb.

DİN-nin Mətbuat xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kqnarkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb.Davam etdirilən tədbirlərlə V. Əhədova həmin narkotik vasitəni satan şəxs də müəyyən olunub.

Qax Rayon Polis Şöbəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 55 yaşlı Hüseyn Məmmədov da Bakı şəhəri ərazisində saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.