XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

18 İyun 2019 - 12:41

Xaçmazdan Bakıya satmaq üçün narkotik gətirən şəxs saxlanılıb –Postda əıməliyyat

DİN Baş Narkotiklərlə Mübarizə və Baş Dövlət Yol Polis İdarələrinin birgə həyata keçirdikləri əməliyyat nəticəsində satmaq niyyəti ilə Bakıya narkotik vasitələr gətirən şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Mübariz Novruzi paytaxt istiqamətində hərəkətdə olan zaman onun sərnişin kimi əyləşdiyi avtomobil Yol Patrul Xidməti Alayının 1-ci tağımının Saray qəsəbəsində yerləşən stasionar postunda saxlanılıb.

Onun üzərində şəxsi aparılan zaman 251,189 qram yüksək təsiredici xassəyə malik narkototik vasitə heroin və 250,015 qram tiryək aşkar ediklərək götürülüb. M.Novruzi ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə apardığını etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.