XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

18 İyun 2019 - 23:55

Abşeronda toy mərasimində kütləvi dava:bıçaqlananlar var

Abşeronun Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib.

Strateq.az “Report”a istinadla xəbər verir ki, 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu və 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu öz həyətlərində naməlum şəxs tərəfindən bıçaqlanıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki yaralı əməliyyat edilib.

Bildirilir ki, hər iki şəxs evlərinin həyətyanı sahəsində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı bıçaqlanıblar.