XƏBƏR LENTİ

21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

26 İyun 2019 - 17:14

Lənkəran çayında 23 yaşlı oğlan boğulub

Lerik rayonunda 23 yaşlı oğlan çayda boğulub.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə, Lənkəran çayının Lerik rayonu ərazisindən keçən hissəsində 1996-cı il təvəllüdlü Mehrəliyev Cavid Sakit oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu C.Mehrəliyevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.