XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

27 İyun 2019 - 12:34

Bakıda dönərdən zəhərlənməyə görə cinayət işi açılıb –Prokurorliuq məlumat yaydı

Bakı şəhər prokurorluğunun dönərdən zəhərlənmə hadisəsi ilə bağlı məlumat yayıb.

Bu barədə Baş Prokurorluqdan Strateq.az-a daxil olan məlumata görə, iyunun 25-də 20 nəfər Bakı şəhər sakini “qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər qeyd edilən tarixdə paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanda yerləşən maşın bazarında fəaliyyət göstərən “Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.