XƏBƏR LENTİ

20 İyul 2019
19 İyul 2019

Digər Xəbərlər

11 İyul 2019 - 13:17

Şəki sakini qonaq olduğu evdən oğurluq edib –Bakıda

Şəki sakini Bakıda qonaq olduğu evdən oğurluq edib.

DİN-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.

Araşdırma aparılır.