XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

18 İyul 2019 - 21:54

Xəzərdə 19 yaşlı gənc boğulub- FHN məlumat yaydı

Xəzər dənizində, qeyri-çimərlik ərazidə 1 nəfər çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.