XƏBƏR LENTİ

23 Avqust 2019
22 Avqust 2019

Digər Xəbərlər

19 İyul 2019 - 21:17

Şirvanda toy mərasimində 6 nəfər pirotexniki vasitədən zəhərlənib- Vəziyyətləri ağırdır

Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hadisə şəhər ərazisindəki “Yeganə” şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır.